Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Güclü iqtisadiyyatın uğurlu siyasi nəticəsi

0

  • 1 iyun 2022-ci il tarixdə Bakı Ekspo Mərkəzində 27-ci
    Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan
    Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak etmişdir. O, qonaqları
    salamlayaraq Bakı Enerji həftəsi təşkilat komitəsinin nümayəndəsi kimi çıxış
    etməyini özünə lşərəf hesab etmişdir. Koronavirus pandemiyası dövründə belə tədbirlər
    şəraitə uyğun olaraq onlayın formada keçirilmişdir. Azərbaycan koronavirusa
    qarşı mübarizədə bəzi dölətlərə hətta bu bəla ilə mübarizə üçün humanitar
    yardım da göstərmişdir. Ölkə daxilində koronavirusa qarşı proflaktik tədbirlərin
    görülməsi ön plnda olmuşdur. Xəstələrin müalicəsi üçün tez bir zamanda modul
    tipli xəstrəxanalar quraşdırılmış, əhalinin peyvəndlənməsi üçün zəruri tədbirlər
    görülmüşdür. Bu enerji həftəsi özündə üç ayrı layihəni ifadə edir. Bu 27-ci
    Beynəlxalq Xəzər Neft və Qaz, onuncu yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa
    Olunan Enerji sərgiləridir. Azərbaycan dünyada ümumi neft, qaz energetika
    sistemində mühüm rol oynayır. Buna görə də bu tədbirlərə Azərbaycanın paytaxtı
    Azərbaycan ev sahibliyi edir. Xəzər dənizində “Şahdəniz” yatağının kəşfi,
    Bakı-Tiblisi-Ərzurum qaz-boru kəmərinin istismara verilməsi,
    Bakı-Tibilisi-Ceyhan neft-boru kəmərinin 
    işə düşməsi Azərbaycanın təkcə bölgə üçün deyil, dünya üçün enerji
    sektorunda mühüm rol oynadığını göstərdi. Bu görülən işlər Azərbaycanın Xəzər dənizi vasitəsi ilə Aralıq dənizinə
    çıxışını təmin etdi. Dünyanın ümumi energetika sahəsində inkişaf etmiş dövlətləri
    Azərbaycanla əməkdaşlıq etməkdə yanılmadıqlarını təsdiqlədilər.  Azərbaycanın iqtisadi sahədəki irəiləyişi və
    beynəlxalq arenada tanınması siyasi sahədə də böyük divident qazanmasına səbəb
    oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iqtisadi və
    siyasi sahədə uğurlu addımı Qarabağ məsələsində haqq işimizə böyük töhfə verdi. İşğaladan azad edilmiş torpaqlarımızda aparılacaq  tikinti-quruculuq işlərinə  dövlətimizdən başqa xarici şirkətlərin
    könüllü surətdə yardım etmə təkliflıəri qurulan etibarlı  iqtisadi, siyasi əlaqələrin uğurlu nəticəsidir.
    Azərbaycanın quruculuq  işləri  üçrəngli bayrağımızın dalğalanacağı Xocalı,
    Xankəndi, Ağdərədə  aparıllacağı gün çox
    da uzaqda deyildir. Yaşasın müstəqil Azərbaycan Respublikası! Qarabağ Azərbaycandır!Pərviz HƏSƏNLİ,Xocalı rayon gənci  
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib33 dəfə
    Güclü iqtisadiyyatın uğurlu siyasi nəticəsi

    Maraqlı gələ bilər
    41
    24
    312
    68
    53